Balakən rayonunda ümumtəhsil məktəblərinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 97ci il dönümünə həsr olunmuş ” Ən yaxşı təqdimat “ müsabiqəsində iştirak etmək üçün hazırladığı 32 video materiallar izlənilib . Qəbul olunmuş video təqdimatlar , müsabiqənin qiymətləndirmə meyarları əsasında seçilibdir. Videolara baxış zamanı mövzuların 8- 10 dəqiqəlik formatda olması, yuksək keyfiyyətli materialların olması , şagirdlərin məktəbli formasında və ya ciddi üslubda geyimdə olması, video təqdimat zamanı namizəd heç bir halda əvvəlcədən hazırladığı yazılı təqdimatı üzündən oxumamasını diqqət mərkəzində saxlanılıb.
Beləki, Müstəqil Azərbaycan dövlətinin qurucusu , dahi siyasətçi və qüdrətli dövlət xadimi H. Əliyevin anadan olmasının 97 il dönümünə Ulu öndərin zəngin siyasi irsini, şərəfli həyat və fəaliyyətini ən yaxşı şəkildə təqdimat edən Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Bayramova Milana Respublika turunda iştirak etmək huququ qazanıb və ikinci dərəcəli diplomla təltif edilib.