Balakən rayon Qazbinə kənd tam orta məktəbində " Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqə " si çərçivəsində qalib olan Nərmin Həbilovanın "ALPLogo-məktəblilər üçün vəsait" layihəsinin yekun təqdimat mərasimi keçirilib. Tədbirdə RTŞ-ın əməkdaşı, məktəb rəhbərləri, rayonun ümumtəhsil məktəblərinin informatika müəllimləri iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Layihə rəhbəri layihənin məqsəd və vəzifərindən məlumat verib. Qonaqların vəsait və layihə haqqında fikirləri dinlənilməsi, vəsaitin təqdim edilməsi və xatirə rəsmi çəkilməsilə tədbir sona çatıb.