Rayon  Təhsil Şöbəsi haqqında  ümumi  məlumat- Balakən rayon təhsil şöbəsi 1930-cu ildə təşkil olunub.

Təhsil şöbəsinin tərkibində metodiki mərkəz, mərkəzləşmiş mühasibatlıq və təsərrüfat-təchizat bürosu fəaliyyət göstərir. Metodiki mərkəzin fəaliyyətinə metodiki kabinet müdiri rəhbərlik edir və 8 (səkkiz) ştat vahidi olan metodist vəzifəsinə müxtəlif ixtisaslı ali təhsilli mütəxəssislərdən işə qəbul edilib.

Mərkəzləşmiş mühasibatlığa dövlət qulluqçusu olan baş mühasib rəhbərlik edir. Mühasibatlıqda bir baş mühasibin müavini, 3 (üç) böyük mühasib,  mühasib vəzifəsi var.

Təsərrüfat-təchizat bürosuna rəhbərlik büronun rəisi tərəfindən həyata keçirilir. Büroda anbardar, mühasib, iş icraçısı, texniki işçilər və gözətçi ştatları fəaliyyət göstərir.