Əliyev Vahid Şahhəsən oğlu
Müdir səlahiyyətlərini icra edir
1958 - ci il may ayının 5 -də Balakən rayonunun Qullar kəndində anadan olub. 1975-ci ildə Nizami adına Balakən şəhər 2 saylı tam orta məktəbini bitirib. 1975-ci ildə Həsən bəy Zərdabi adına o vaxtkı Kirovabad Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakultasinə daxil olub, 1979 -cu ildə bitirib təyinatla Balakən RXMŞ-in sərəncamına göndərilib. Əmək fəaliyyətinə 15 avqust 1979 - cu ildə Balakən rayonu Poştbinə kənd səkkizillik məktəbində ixtisası üzrə riyaziyyat müəllimi kimi başlayıb.
1 sentyabr 1986-cı ildə RXMŞ-nə metodist vəzifəsinə təyin olunub və 1987-ci ilin fevral ayında məktəb inspektoru vəzifəsinə keçirilib.
25 avqust 2015-ci ilin Balakən RTŞ-ın müdiri səlahiyyətlərini icra edir.
1997-ci ildən YAP üzvüdür, Azərbaycan müəllimlərinin 2013-cü ilin dekabr ayında keçirilmiş XIV qurultayının nümayəndəsi olub, 2006-cı ildə uzun müddət dövlət qulluğunda fasiləsiz və nöqsansız işlədiyinə görə RİH–nin Fəxri fərmanı və qiymətli hədiyyə ilə təltif edilib.
Ailəlidir, 3 övladı var.