09.07.2021

"Sudan səmərəli istifadə" mövzusunda seminar keçirilib

Talalar 1 nömrəli, Şərif 1 nömrəli, Sarıbulaq kənd tam orta, Aclıqbinə, Meşəşambul, Qaysa, Şambul, Qullar 1 nömrəli, Qullar 2 nömrəli, Katex 2 nömrəli, Katex-zavod, Qaracabinə, Kortala, Qaravəli, Qarahacıllı, İtitala, Qazbinə, Gərəkli, Beretbinə, Qazma 1 nömrəli kənd məktəblərində, Nəsimi adına şəhər 2 nömrəli, akademik Z.Əliyeva adına şəhər 3 nömrəli tam orta məktəblərində "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı"na əsasən "Sudan səmərəli istifadə" mövzusunda seminar, maarifləndirici dərslər keçirilib. Habelə şagirdlər tərəfindən “Biz sudan səmərəli istifadə edirik” mövzusunda videoçarxlar hazırlanıb.

 


Açar sözlər: ,  ,  ,