25.06.2021

“Yay məktəbi” şagirdləri Balakən Konserv zavodunda ekskursiyada

 

Sarıbulaq kənd tam orta məktəbin Biologiya müəllimi Mahizər Motuxova və Kimya müəllimi Həlimət Əhmədova tərəfindən “Məhsulun laboratoriya şəraitində analizi və çeşidlənməsi” mövzusunda “Yay məktəbi” şagirdlərinin Balakən Konserv zavoduna ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı şagirdlərə məhsulun laboratoriya şəraitində çeşidlənməsi haqqında məlumat verilib. Həmçinin şagirdlər zavodda sexlərlə, istehsal xətti ilə tanış olub, hazır məhsullara baxıblar. Bildirilib ki, burada istehsal olunan məhsullar həm də ölkə xaricinə ixrac olunur.

 


Açar sözlər: ,  ,