25.06.2021

"Yay məktəbi" şagirdləri Humbul çay ərazisi və Texnoloji avadanlıqlar mağazasında ekskursiyada

 

Balakən RTŞ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Yay məktəbi” çərçivəsində ekskursiyalar davam edir.

Belə ki, “Yay məktəbi”nin növbəti ekskursiyası Qullar 2 nömrəli məktəbin Coğrafiya müəllimi İsmayılova Pərvanə tərəfindən “İqlim dəyişiklikləri" mövzusunda Humbul çay ərazisinə təşkil olunub.

Həmçinin Z.Əliyeva adına şəhər 3 nömrəli məktəbin İnformatika müəllimi Fatma Məmmədova tərəfindən “Multimedia qurğuları və yeni texnoloji avadanlıqlar” mövzusunda Texnoloji avadanlıqlar mağazasına ekskursiya təşkil olunub.

 


Açar sözlər: ,  ,