08.05.2021

Məntiq Olimpiadasının ilk turu keçirilib

    Lütfi Zadə adına məktəblilərarası Məntiq Olimpiadasının ilk turu keçirilib.

   Balakən RTŞ-nın tabeliyindəki məktəblərdən Azərbaycan bölməsi üzrə 131, Rus bölməsi üzrə 9 beşinci sinif şagirdi olimpiadanın ilk turunda iştirak edib. Şagirdlərə müəyyən olunmuş reqlamentə əsasən, 2 saat  (120 dəq) vaxt ərzində məntiqi təfəkkürə aid 30 test sualı cavablandırılmaq üçün təqdim olunub.

     İlk mərhələdə yüksək nəticə göstərən şagirdlər olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanacaqdır.

    Qeyd edək ki, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağın artırılmasından ibarətdir.


Açar sözlər: ,  ,