08.05.2021

"Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda videokonfrans keçirilib

    Balakən RTŞ-nın təşkilatlığı ilə ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimlərin iştirakı ilə "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda videokonfrans baş tutub. 

   Videokonfransda Balakən RTŞ-nın aparıcı məsləhətçisi S.İbadova “Ulu öndər Heydər Əliyev dövründə ümumi təhsil” mövzusunda məruzə ilə çıxış edərək həmin dönəmdə ümumi təhsil sahəsində keçirilən islahatlardan, məktəblərin maddi-texniki bazasının genişləndirilməsi istiqamətində görülən tədbirlərdən, məktəbyaşlı uşaqların təhsilə cəlbi məsələsindən söz açmışdır. Dərsliklər məsələsinə də toxunan S.İbadova dərsliklərin pulsuz təminatına keçidin, həmçinin dərsliklərin məzmununun dövrün tələblərinə uyğun təkmilləşdirilməsinin müstəsna əhəmiyyətindən bəhs edib.

  Videokonfransda Talalar 1 saylı tam orta məktəbin direktoru Sabir Novruzov, Sarıbulaq kənd tam orta məktəbin direktoru Etibar Mərdanov, Humanitar və texniki təmayüllü liseyin tarix müəllimi Günel Məmmədova, Nəsimi adına şəhər 2 saylı məktəbin tarix müəllimi, alim Akif Məmmədli, Nizami adına şəhər 1 saylı məktəbin tarix müəllimi Elvin Əliyev və Qazma 1 saylı kənd tam orta məktəbin tarix müəllimi Nazani Süleymanova mövzu ilə bağlı məruzələrlə çıxış edib.

    Çıxışlar zamanı qeyd olunub ki, Heydər Əliyevin dövründə təhsil sahəsində qoyulan əsaslı təməl bu gün öz bəhrəsini verməkdə davam edir. Milli kadr hazırlığı istiqamətində görülən işlərdən bəhs edilərkən C.Naxçıvanski adına hərbi məktəbin açılmasının dövr üçün əhəmiyyəti, həmçinin 44 günlük Vətən müharibəsindəki qələbəmizdə H.Əliyevin hakimiyyəti dövründə hərbi sahədə ixtisaslaşan hərbiçilərimizin əməyi bir daha diqqətə çatdırılıb.

   Məruzələrdə H.Əliyevin təhsil sahəsində uğurlu islahatlarının bu gün də yeni dövrün şəraitinə müvafiq olaraq cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi qeyd olunub.