05.05.2021

IX siniflərin buraxılış imtahanlarına hazırlıq vəziyyəti üzrə monitorinq aparılır

     Balakən RTŞ-nın aparıcı məsləhətçiləri Rasim Orucov, Günel Hacıyeva və Sevinc İbadova tərəfindən məktəblərdə IX sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq vəziyyəti üzrə monitorinq aparılıb. 

     Monitorinq ilkin olaraq Şambul, Qaysa, Tülü 1 saylı kənd tam orta məktəblərində aparılıb. Burada Azərbaycan dili, Xarici dil və Riyaziyyat fənləri üzrə müvafiq test tapşırıqları verilərək şagirdlərin hazırlıq vəziyyəti müəyyən edilib.

    Monitorinqlər ayrı-ayrı məktəblər üzrə həftə ərzində davam etdirələcəkdir.

   Qeyd edək ki, şagirdlərin buraxılış imtahanlarına hazırlıq vəziyyətinin müəyyən edilməsi istiqamətində məktəblərdə məktəb rəhbərliyi tərəfindən monitorinqlər aparılır, nəticələri əsasında müvafiq tədbirlər həyata keçirilir.


Açar sözlər: ,  ,