05.05.2021

"Vətən sərhəddən başlayır" mövzusunda inşa müsabiqəsi keçirilir

     Balakən RTŞ-nın rəhbərliyi və təşkilatlığı ilə Metodiki mərkəz tərəfindən rayonun ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri arasında "Zəfər tarixi"nə həsr olunmuş "Vətən sərhəddən başlayır" mövzusunda inşa müsabiqəsi keçirilir.

     İnşa yazıları 5 may tarixindən 20 may tarixinədək təhsil şöbəsində qəbul ediləcəkdir.

     İnşa yazılarının həcmi V-IX sinif şagirdləri üzrə  500 söz, XI-XI sinif şagirdləri üzrə 700 sözdən ibarət olmalıdır.

     Müsabiqənin nəticələri 30 may tarixinə qədər elan olunacaqdır. Qeyd edək ki, qaliblər Balakən RTŞ tərəfindən mükafatlandırılacaqdır.


Açar sözlər: ,  ,  ,