03.05.2021

“Virtual məktəb” üzrə təhsil menecerləri təşəkkürnamə ilə təltif olunub

  "Virtual məktəb" layihəsinin keçirilməsində səmərəli fəaliyyətinə, müəllim və şagirdlərə göstərdiyi dəstəyə görə təhsil menecerləri Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif edilib.

    Mayın 3-də Balakən RTŞ-nın müdiri Elçin Musayev təşəkkürnamə ilə təltif olunan Balakən rayon hümanitar və texniki təmayüllü liseyin müəllimi, təhsil meneceri Vəfa Emçiyeva və Qazbinə kənd tam orta məktəbin müəllimi, təhsil meneceri Nərmin Həbilova ilə görüş keçirib. E.Musayev "Virtual məktəb" layihəsində uğurlu fəaliyyətinə görə onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.

    Qeyd edək ki, 1 il ərzində ölkədə innovativ öyrənmə metodlarının və yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açmış “Virtual məktəb”də yaradılan imkanlardan istifadə üzrə müəllim və şagirdlərə dəstək göstərmək məqsədi ilə təhsil menecerləri fəaliyyətə başlayıb. Hazırda ölkə üzrə 62 menecer “Virtual məktəb” üzrə fəaliyyət göstərir.