12.04.2021

Balakən RTŞ-nın rəhbərliyi və kollektivi Solmaz Əfəndiyevanın vəfatı ilə bağlı başsağlığı verir

      Balakən rayon Təhsil Şöbəsinin rəhbərliyi və kollektivi Solmaz Əfəndiyeva Mahmud qızının vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

     1961-ci il 01 sentyabr tarixində Kortala kənd tam orta məktəbində pedoqoji fəaliyyətə başlayan Solmaz müəllimə 16.04.1965-ci il tarixində təlim-tərbiyə prosesində uğurlarına görə Balakən RTŞ-nın metodik mərkəzinə metodist vəzifəsinə təyin edilmişdir.

     20.10.1968-ci il tarixində pedoqoji kadrlarla aparılan metodik işin istiqamətləndirilməsi, təlim-tərbiyə işlərinin keyfiyyətinin yaxşılaşdırılması sahəsindəki uğurlarına görə Solmaz müəllimə hazırkı ATİAHİ-nin rayon komitəsinin sədri vəzifəsinə seçilmişdir.

      23.07.1979-cu il tarixində S.Əfəndiyeva təhsilin idarə olunmasında idarəçilik, elmi-pedoqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə Balakən RTŞ-nın müdiri vəzifəsinə təyin edilmiş, 13.07.1992-ci il tarixinədək həmin vəzifəni icra etmişdir. Onun təhsilə rəhbərlik etdiyi dövrdə rayonun ümumtəhsil məktəblərində şagirdlərin təhsilə olan marağının artması nəticəsində ali məktəblərə qəbul olunan məzunlarımızın sayı xeyli artmış, eləcə də Rusiya Federasiyasının ali məktəblərinə qəbul olunan, orada təhsil alıb hazırda orada yaşayan və Rusiya Federasiyasının şəhərlərində Azərbaycan diasporunun yaranmasında rolu olan azərbaycanlı vətəndaşlarımız az olmamışdır.

      30.10.1993-cü ildən 15 dekabr 2005-ci ilə qədər rayonun Nəsimi adına 2 saylı şəhər tam orta məktəbinin pedoqoji kollektivinə rəhbərlik etmişdir.

      19.12.2005-ci il tarixindən məktəbdə müəllim saxlanılmaqla təhsil şöbəsində metodist vəzifəsində çalışmışdır. 2003-cü ildən təqaüddə olmuşdur.

    Solmaz Əfəndiyeva işlədiyi müddətdə dövlətə, dövlətçiliyə sadiq olmuş, rayon ictimaiyyətinin hörmətini qazanmış, neçə-neçə insanın şəxsiyyət kimi formalaşmasında zəhməti olmuşdur.

     Balakən RTŞ rəhbərliyi və kollektivi rayon təhsilində xidmətləri olan pedeqoq Solmaz Əfəndiyevanı böyük hörmətlə yad edir.


Açar sözlər: