08.04.2021

Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar şeir müsabiqəsi keçirilib

    08.04.2021-ci il tarixində Nəsimi adına şəhər 2 saylı tam orta məktəbində təşkilatçı müavin Kəmalə Paçalovanın təşkilatlığı ilə Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar VIII və IX sinif şagirdləri arasında şeir müsabiqəsi keçirilib. Münsiflər heyəti məktəbin tədris hissə müdiri İlahə Şirinova, Dil-ədəbiyyat müəllimləri Aşa Alqayeva, Dinarə Səfərova və Ellada Bodurovadan təşkil olunub. Şagirdlər dahi şairin qəzəllərindən parçalar səsləndirmiş, daha sonra münsiflər heyəti şagirdlərin çıxışını təhlil edib qiymətləndirmişdir.


Açar sözlər: ,  ,  ,