06.04.2021

Buraxılış sinif şagirdlərinin hazırlıq səviyyəsini yoxlamaq məqsədilə məktəbdaxili monitorinq keçirilib

     06.04.2021-ci il tarixində Qazbinə kənd tam orta məktəbində 9-cu sinif şagirdlərinin hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənləri üzrə məktəbdaxili sınaq imtahanı təşkil edilib. Cavablar fənn müəllimləri tərəfindən yoxlanıldıqdan sonra direktor və fənn müəllimləri şagirdlərin nəticələrini təhlil etmiş, qarşıda duran vəzifələri müəyyənləşdirmişdir. 

      Sınaq imtahanlarının təşkili həm şagirdlərin psixoloji hazırlıq səviyyələrini artırmaq, həm də zəif tərəflərin müəyyən edilib aradan qaldırılması məqsədi daşıyır.

 


Açar sözlər: ,  ,  ,