02.04.2021

Məktəblərdə monitorinqlər davam edir

    02.04.2021-ci il tarixində Balakən rayon Təhsil Şöbəsi əməkdaşları tərəfindən Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində monitorinq aparılıb. Monitorinq zamanı məktəbdaxili sənədləşmə işləri yoxlanılıb, karantin qaydalarına uyğun tədrisin təşkili vəziyyəti öyrənilib, həmçinin Vətən müharibəsi, zəfər tarixinin məktəbdə əks etdirilmə səviyyəsi, şagirdlərin mövzu ilə bağlı bilik səviyyələri yoxlanılıb.

 


Açar sözlər: ,  ,  ,