07.04.2021

"Erkən nigah və onun fəsadları" mövzusunda tədbir keçirilib

     07.04.2021-ci il tarixində M.F.Axundov adına Sarıbulaq kənd tam orta məktəbində erkən nigahların qarşısının alınması üzrə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə "Erkən nigah və onun fəsadları" mövzusunda tədbir keçirilib. Tədbirdə təşkilatçı müavin, məktəb psixoloqu və şagirdlər iştirak etmişdir. Təşkilatçı müavin Mahizər Motuxova erkən nigahın fəsadlarını bioloji aspektdən izah etmiş, ona qarşı mübarizənin əhəmiyyətindən danışmışdır. Məktəb psixoloqu Günay Şahverdiyeva erkən nigaha gətirib çıxaran psixoloji amillər, onun aradan qaldırılması yolları, erkən nigahın nəticələri haqqında şagirdlərə məlumat vermişdir. Sonda mövzu ilə əlaqədar şagirdlərin sualları cavablandırılıb.


Açar sözlər: ,  ,  ,