07.04.2021

"Narkomaniyaya qarşı mübarizə" mövzusunda silsilə tədbirlərin keçirilməsi davam edir

       07.04.2021-ci il tarixində Qazma 1 saylı kənd tam orta məktəbində fərdi qrup şagirdləri ilə "Narkomaniyaya yox deyək!" mövzusunda görüş keçirilib. Tədbirdə məktəbin fərdi qrupunun rəhbəri, UBR, məktəb psixoloqu da iştirak etmişdir. Məktəb psixoloqu A.Musayeva "ağ ölüm"ün fəsadları barədə, narkomaniyaya qarşı mübarizə üsulları haqqında şagirdlərə məlumat verib. Sonda şagirdlər narkomaniyaya qarşı mübarizənin əhəmiyyətinə dair öz fikirlərini səsləndirib.

     Həmin tarixdə Katex 1 saylı kənd tam orta məktəbində də məktəbin psixoloqu Sevinc Lokova tərəfindən "Narkomaniyaya yox" mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin təşkilatçı müavini, hərbi rəhbər, sinif rəhbərləri və şagirdlər iştirak edib. Psixoloq S.Lokova narkotik vasitələrin zərərlərindən danışmış və öz tövsiyələrini vermişdir.


Açar sözlər: ,  ,  ,