06.04.2021

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir

      İmam Şamil adına Şambul kənd tam orta məktəbində Dil-ədəbiyyat müəllimi Şahruzat Şamilovanın təşkilatçılığı ilə "Dahi şairimiz Nizami Gəncəvi-880" mövzusunda "dəyirmi masa" keçirilib. Giriş sözü 2021-ci ilin Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə başlayan Ş.Şamilova daha sonra Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında, xatirəsini əbədiləşdirmək üçün ölkədaxili və ölkədənkənar görülən tədbirlər barədə müzakirə aparıb. Tədbirdə iştirak edən şagirdlər N.Gəncəvinin ədəbi irsi haqqında fikir mübadiləsi aparıb.

       Poştbinə 2 saylı kənd orta məktəbində də dahi şair Nizami Gəncəvi yad edilib. Belə ki, şagirdlər tərəfindən Nizami Gəncəvinin şeirləri səsləndirilmiş, videoçarx hazırlanmışdır.


Açar sözlər: ,  ,  ,