05.04.2021

Balakən RTŞ-nın əməkdaşı təltif olunub

       Balakən rayon Təhsil Şöbəsinin metodisti Qumru Daanova Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Balakən rayon komitəsi tərəfindən fəxri fərmanla təltif olunub. 

       ATİAHİ-nın Balakən rayon komitəsinin sədri R.Molulov fəxri fərmanı təqdim edib və öz təbriklərini çatdırıb. Balakən RTŞ-nın metodisti Q.Daanova ATİAHİ-nın keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib və göstərilən diqqətə görə təşəkkürünü ifadə edib.