05.04.2021

Aprel zəfəri 

    Aprel döyüşlərinin 5 illiyinə həsr olunmuş ötən həftə və bu həftə ərzində keçirilmiş tədbirlərdə, maarifləndirici dərslərdə Aprel döyüşlərinin baş vermə səbəbləri, gedişatı və tarixi nəticələri haqqında şagirdlər məlumatlandırılıb. Aprel döyüşlərinin strateji əhəmiyyətindən bəhs edilərək bu döyüşlərin Azərbaycan əsgərinin qəhrəmanlığı və tarixi qələbəni təcəssüm etdirdiyi, bütün dünyaya Azərbaycan Ordusunun gücünü və qələbə əzmini nümayiş etdiyi diqqətə çatdırılıb.

    Tədbirlərdə iştirak edən Aprel döyüşləri və Vətən müharibəsi qəhrəmanları öz döyüş təəssüratlarını şagirdlərlə bölüşüblər. Çıxışlarda Vətəni sevməyin, onun üçün hər qəhrəmanlığa hazır olmağın vacibliyi vurğulanıb.

    Bundan əlavə, şagirdlər tərəfindən Aprel döyüşlərində Milli Ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs olunan videoçarxlar  hazırlanıb, şeirlər söylənilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. 


Açar sözlər: ,  ,