31.03.2021

"Narkomaniya ilə mübarizə" adlı silsilə tədbirlər keçirilməsi davam edir

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir.

Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. Bunu nəzərə alaraq məktəbdə, davamlı olaraq "Narkomaniya ilə mübarizə" adlı silsilə tədbirlər keçirilir.

Bu məqsədlə Qazma kənd 2 saylı tam orta məktəbdə yeniyetmə və gənclər arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti artırmaq məqsədi ilə tədbir keçirilib.

 


Açar sözlər: ,  ,  ,  ,