15.03.2021

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.

    Ölkə Prezidentinin yanvarın 5-də imzaladığı sərəncamla 2021-ci ilin Azərbaycan Respublikasında qüdrətli söz və fikir ustadının əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlərinin aşılanması məqsədi ilə 12.03.2021-ci il tarixdə Balakən Rayon Nizami adına 1 sayli tam orta məktəbdə kitabxanaçı Bodurova Aynurun təşkilatçılığı, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Mehdili Gövhər, Eminli Vüsalə, Muradova Aysel , 6a, 6b, 7v, 9v sinif şagirdlərinin iştirakı ilə dahi şairimiz Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş N.Gəncəvi əsərlərinin təhlili mövzusunda dəyirmi masa keçirilib.Tədbirdə iştirak edən şagirdlər N.Gəncəvinin oxuduqları əsərlərini təhlil edərək maraqlı fikirlər söyləyiblər. Şagirdlər "Sirlər xəzinəsi" poemasında bir-birindən maraqlı hekayələri və yazıçının oxucusuna çatdırmaq istədiyi fikirləri bildirdilər.Sirlər xəzinəsinin mövzusundan danışan şagirdlər şairin ədalət və əmək haqqında fikirləri,verilən sözün üstündə durmaq, rəhmli olmaq, həqiqi dostluq kimi məsələlərin əsas yer tutduğunu göstəriblər.


Açar sözlər: ,  ,  ,