15.03.2021

" Nizami Gəncəvi irsi " mövzusunda şagirdlərarası inşa müsabiqəsi və dəyirmi masa keçirilib.

     Nizami Gəncəvinin ölməz ədəbi irsi təkcə humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, heç vaxt qiymətini, etik təsirini itirməyən əlvan söz, dərin fəlsəfi fikir, hikmət xəzinəsi olmaqla bərabər, həm də tariximizdir, keçmişimizin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir.

    M.F.Axundov adına Sarıbulaq kənd tam orta məktəbində Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar " Nizami Gəncəvi irsi " mövzusunda şagirdlərarası inşa müsabiqəsi və dəyirmi masa keçirilib.

    Tədbirdə iştirak edən şagirdlər N.Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı fikir mübadiləsi aparılıb.

    İnşa müsabiqəsində yekun nəticəyə əsasən, Fidan Şahverdiyeva "Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər" adlı inşası ilə qalib olub.


Açar sözlər: ,  ,  ,  ,  ,