01.03.2021

1 mart - Ümumdünya Mülki Müdafiə Günü

    Balakən rayonu Qazbölük kənd tam orta məktəbdə "1 mart - Ümumdünya Mülki Müdafiə Günü" qeyd edilib. Məktəbin hərbi rəhbəri Ömərov Rövşən şagirdlərə Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri barədə geniş məlumat verib .

    Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi , yanğın təhlükəsizliyi qaydaları, dəm qazının yaranma səbəbləri və bu zaman davranış qaydaları haqqında şagirdlərlə maarifləndirici söhbət edib.


Açar sözlər: ,  ,  ,  ,