26.02.2021

Xocalı soyqırımı - qan yaddaşımız!

    Balakən rayonunun ümumtəhsil müəssisələrində fevralın 26-da ilk dərslər  Xocalı soyqırımına həsr olunub.

    Balakən rayonu Humanitar və Texniki təmayüllü liseydə , Nizami adına şəhər 1 saylı tam orta məktəbdə , A.Balayev adına İtitala kənd tam orta məktəbdə , Bedağar kənd tam orta məktəbdə ,Katex-zavod kənd tam orta məktəbdə, Meşəşambul kənd tam orta məktəbdə , Şərif kənd tam orta məktəbində , A.Əsgərov adına Qazbinə kənd tam orta məktəbdə ,Qazma 1 sayl kənd tam orta məktəbdə , Qazma 2 saylı kənd tam orta məktəbdə, Katex 2 saylı kənd tam orta məktəbdə xüsusi karantin rejiminin qaydaları əməl etməklə məktəblərin foyelərində və sinif otaqlarında fotostendlər,  sərgilər təşkil olunub. Xocalı faciəsinə həsr olunan onlayn tədbirlər və dərslər keçirilib , videoçarxlar hazırlanıb . Xocalı faciəsinin dəhşətlərini əks etdirən filmlər nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,  ,  ,