Balakən rayon ümumtəhsil məktəblərində yol hərəkəti qaydalarının şagirdlər arasında təbliğinin gücləndirilməsi və şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə tədbirlərin keçirilməsi davam edir.
Rayonun Ü. Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta məktəbində və M.Şabanov adına Katex 3 saylı tam orta məktəbində "Yol hərəkət qaydalarını öyrənirik " adlı tədbirlər keçirilib.