10-12 fevral 2021-ci il tarixində keçirilən Respublika Fənn Olimpiadalarının rayon mərhələsinin nəticələri açıqlanıb.
Balakən rayonu üzrə olimpiadada iştirak edən 305 şagirddən IX sinif üzrə 16 , X sinif üzrə 15 və XI sinif üzrə 15 nəfər olmaqla ümumilikdə 46 nəfər şagird yarımfinal turuna vəsiqə qazanıb.
Olimpiadada Nizami adına şəhər 1 saylı tam orta məktəbin , Humanitar və Texniki təmayüllü liseyin , Z.Əliyeva adına şəhər 3 saylı tam orta məktəbin , Yeni Şərif kənd 2 saylı tam orta məktəbin , Kortala kənd tam orta məktəbin , Qaysa kənd tam orta məktəbin ,Qazbölük kənd tam orta məktəbin , Qaravəli kənd tam orta məktəbin , Qazma kənd 1 saylı tam orta məktəbin ,Qazbinə kənd tam orta məktəbin,Meşəşambul kənd tam orta məktəbin şagirdləri fəal iştirak edib.
Qalib şagirdlərimizi təbrik edir, növbəti turda uğurlar arzulayırıq!