12.02.2021

Təhsil müəssisələrində əyani tədris prosesinin gedişi izlənilir.

        1 Fevral 2021-ci il tarixindən məktəblərdə əyani tədrisin qismən bərpa olunması ilə əlaqədar olaraq Balakən Rayon Təhsil Şöbəsinin əməkdaşları  məktəblərdə mövcud karantin qaydalarının tələblərinə riayət olunmasına dair monitorinqlər aparıb, müvafiq tövsiyə və tapşırıqlar veriblər.

        Əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, şagirdlər arasında sosial məsafənin qorunması təmin olunur.