12.02.2021

2020-2021-ci tədris ili üçün  Respublika fənn olimpiadalarının birinci - rayon mərhələsi başa çatıb.

       10.02.2021-ci il tarixində 2020-2021-ci tədris ili üçün  Respublika fənn olimpiadalarının birinci mərhələsi başlanıb.

    Balakən rayonu Nəsimi adına şəhər 1 saylı tam  orta məktəbində keçirilən olimpiadalarda rayonun ümümtəhsil məktəblərindən  10.02.2021-ci il tarixində Riyaziyyat və kimya fənnindən 79 nəfər,  11.020.2021-ci il tarixində fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə 103 nəfər və 12.02.2021-ci il tarixində Azərbaycan dili və ədəbiyyat, tarix fənləri üzrə 123 nəfər şagird iştirak edib. Ümumilikdə 305 şagirdin iştirak etdiyi olimpiada müvəffəqiyyətlə başa çatıb.

    Olimpiadanın keçirilməsində köməklik göstərən təhsil meneceri Mehparə Mirzəyevaya təşəkkürümüzü bildirirk.

    Olimpiada iştirakçılarına uğurlar arzulayırıq.