Azərbaycan Respublikasının Təhsil Nazirinin 16.11.2020-ci il tarixli F-512 saylı əmri ilə təhsil şöbəsində “ Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etditrilməsi haqqında” Fəaliyyət Planı hazırlanmış və ümum təhsil məktəblərinin rəhbərlərinə tədris ili ərzində fəaliyyət göstərəcək iş planı hazırlamağı və tədbirlərin ardıcıl, sistemli şəkildə yerinə yetirilməsi üçün zəruri olan təşkilati-pedaqoji işləri vaxtında həyata keçirilmələri
“ Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etditrilməsi haqqında Fəaliyyət Planı”ndan irəli gələn ümumtəhsil məktəblərimizdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumatın verilməsi; Azərbaycan ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqarasiya olunması; Qarabağ və işğaldan azd olmuş diğər bölgələrin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahlarıƏ adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxiyyətləri barədə məlumatların dərslərə inteqrasiyası, layihə, tədbirlərin təşkili; vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliği; “ Çağırışaqədərki hazırlıq” fənninin tədrisində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi; Şagirdlərin ordu sıralarında xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədilə ərazidəki hərbi hissələrlə əlaqələrin möhkəmləndirilməsi, əsgər və zabitlərlə görüşlərin təşkilı; “ Vətənin qəhrəman oğulları” mözusunda şagird təqdimatlarının təşkili və videoçarxların hazırlanması; Vətən müharibəsi şəhidlərinin anım günlərinin keçirilməsi, onların həyat və mübarizə yolunu əks etdirən videobülletenlərin hazırlanması baxımından ümum təhsil məktəblərimizdə hələlik vebinar platformada ardıcıl, davamlı tədbirlər həyata keçirilir.