Balakən rayon Təhsil Şöbəsində “ Fövqəladə Hallar uşaqların gözü ilə” IX respublika uşaq yaradıcılıq müsabiqəsinin rayon mərhələsində qalib olan şagirdlərin təltif etmə mərasimi keçirilib.
I-XI sinif şagirdləri arasında 5 nominasiya üzrə keçirilən müsabiqədə 120 ədəd işə baxış keçirilib, nəticədə 27 şagirdin işi Respublika müsabiqəsinə təqdim olunub.
E. Əliqayev adına Qullar kənd 2 saylı Tam orta məktəbin IX sinif şagirdi Hinayeva Aygün İlkin qızı “Yumşaq oyuncaq “ nominasiyası üzrə Respublika qalibi olub.