Nizami adına şəhər 1 saylı tam orta məktəbi tərəfindən də 9-cu sinif şagirdi Süleymanov Rəsul Mehman oğlunun qaydasız döyüş üzrə 15 yaşlılar arasında , Dünya Çempionatında I yerin qalibi olması münasibəti ilə mükafatlandırılma mərasimi keçirilib. Məktəb rəhbərliyi , müəllim və şagird kollektivi ona təbriklərini çatdırıb.
Rayon Təhsil Şöbəsi adından Süleymanov Rəsul Mehman oğluna qalibiyyətə gedən yolda əmin addımlarla irəliləməyi arzu edir,uğurların davamını diləyirik.