23.01.2019

 Talalalar kənd 1 saylı tam orta məktəbində " 20 Yanvar "  faciəsinin 29-cu  ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

 Azərbaycanın Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməli,onlarla fəxr etməlidir. 
               Azərbaycanın elə bir bölgəsi olmaz ki, orada şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur. 

Balakən rayonu Talalalar kənd 1 saylı tam orta məktəbində " 20 Yanvar "  faciəsinin 29-cu  ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbirlər çərçivəsində şagirdlər Balakən rayon  Şəhidlər Xiyabanını və  Talalar kənd  qəbirstanlığında dəfn olunmuş şəhid Abdullayev Kamran Əli oğlunun məzarını ziyarət etmişlər.


Açar sözlər: ,  ,  ,