Qazma 2 saylı kənd tam orta məktəbdə “ Narkomaniyaya yox deyək“ adlı  maarifləndirici tədbir keçirilib.

     Balakən rayonu Qazma 2 saylı kənd tam orta məktəbdə “ Narkomaniyaya yox deyək“ adlı  maarifləndirici tədbir keçirilib. Tədbirdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları , məktəb rəhbərliyi , müəllimlər və məktəblilər iştirak edib.

     Maarifləndirici tədbirdə narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışılıb, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edilib.

Sonda məktəbliləri maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş olunub.