09.03.2017

"Narkomaniya uçuruma aparan yoldur" adlı tədbir keçirilib

Qullar kənd 1 nömrəli tam orta məktəbdə "Narkomaniya uçuruma aparan yoldur" adlı tədbir keçirilib. Tədbirdə Təhsil Şöbəsinin və Rayon Polis idarəsinin əməkdaşları, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçılarını salamlayan məktəb direktoru N.Nəcəfov gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün məktəbdə görülən işlərdən və tədbirlərdən söz açıb.

Tədbir iştirakçıları tütünün və narkomaniyanın törətdiyi fəsadlardan, narkomaniyanın yayılması, müalicəsi və ondan qorunma yollarından söhbət açıb. Tədbirin sonunda məktəb direktoru belə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.