06.04.2017

Balakən şəhər 2 nömrəli tam orta məktəbdə açıq dərs keçirilib

Aprelin 6-da Balakən şəhər 2 nömrəli tam orta məktəbin biologiya müəllimi Venera Terçiyeva tərəfindən biologiya fənnindən “Kəlləlilər yarımtipi, balıqlar ” mövzusunda VII sinifdə açıq dərs keçirilib.

Dərsdə Rayon Təhsil Şöbəsinin kimya-biologiya fənni üzrə metodisti Gülafət Əhmədova, rayonun digər məktəblərindən müəllimlər və məktəbin müəllimləri müşahidəçi qismində iştirak ediblər.

Dərsdə şagirdlər “Nərə balığı”, “Qızıl balıq ”, “Çəki balığı ” və “Akula balığı ” adlı 4 qrupa bölünüblər. Şagirdlərə “Qığırdaqlı və sümüklü balıqların bir-birindən fərqi nədir?” tədqiqat sualı ünvanlanıb. BİBÖ, Venn diaqramı və auksion üsulları vasitəsilə keçirilən dərsdə şagirdlər aktivlik göstəriblər.

Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.