07.03.2017

Balakən şəhər 1 nömrəli tam orta məktəbdə açıq dərs keçirilib

Balakən şəhər 1 nömrəli tam orta məktəbin VIII sinfində Mayisə Tahirova tərəfindən biologiya fənnindən açıq dərs keçirilib. Keçirilmiş dərsin mövzusu “Böyrəklərimizi qoruyaq” olub.

Şagirdlərin fəal iştirakı ilə keçirilmiş dərs zamanı şagirdlər “Dializ”, “Profilaktika”, “Böyrək xəstəlikləri” və “Böyrək daşı” adlı qruplar şəklində bölünüblər. Təqdim olunmuş tədqiqat sualı ətrafında qrup üzvlərinin müzakirəsindən sonra qrup liderləri tərəfindən suallar cavablandırılıb.

Dərsin sonunda şagirdlərin fəallığı və bilik səviyyələri müəllim tərəfindən qiymətləndirilib. Həmçinin Balakən Rayon Təhsil Şöbəsinin əməkdaşları və fənn müəllimləri tərəfindən sonda dərsin gedişatı müzakirə edilib.


Açar sözlər: ,  ,