Balakən rayonu E.Əliqayev adına Qullar 2 saylı kənd tam orta məktəbdə  “Narkomaniyaya yox deyək“  maarifləndirici tədbir keçirilib.

 Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki,  XXI əsrdə də qlobal problemlər sırasındadır. Bu səbəbdən  maarifləndirmə işi ölkəmizin bütün regionlarında aparılır.

11.10.2019-cu il tarixində Balakən rayonu E.Əliqayev adına Qullar 2 saylı kənd tam orta məktəbdə  “Narkomaniyaya yox deyək“  maarifləndirici tədbir keçirilib. Tədbirdə Balakən Rayon Polis Şöbəsinin rəis  müavini, və RPŞ-nin əməkdaşları ,  məktəb rəhbərliyi,  müəllimlər və məktəblilər iştirak edib.

            Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların belə vərdişlərdən uzaq durmaları, savadlı, vətənpərvər olmaları, sağlamlıqlarını qorumaları barədə maarifləndirməkdən ibarət olub.

Maarifləndirici tədbirdə narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışılıb, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edilib.

Sonda məktəbliləri maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş olunub.


Açar sözlər: ,  ,  ,