Rayon  Təhsil Şöbəsi haqqında  ümumi  məlumat- Balakən rayon təhsil şöbəsi 1930-cu ildə təşkil olunub.

Təhsil şöbəsinin tərkibində metodkabinet,mərkəzləşmiş mühasibatlıq və təsərrüfat-təchizat bürosu fəaliyyət göstərir.Metodkabinet fəaliyyətinə metodkabinet müdiri rəhbərlik edir və 8(səkkiz) ştat vahidi olan metodist vəzifəsinə müxtəlif ixtisaslı ali təhsilli mütəxəssislərdən işə qəbul edilib.

Mərkəzləşmiş mühasibatlığa dövlət qulluqçusu olan baş mühasib rəhbərlik edir.Mühasibatlıqda bir baş mühasibin müavini, 3(üç) böyük mühasib,  mühasib vəzifəsi var.

Təsərrüfat-təchizat bürosuna rəhbərlik büronun rəisi tərəfindən həyata keçirilir. Büroda anbardar,mühasib, iş icraçısı, texniki işçilər və gözətçi ştatları fəaliyyət göstərir.