Əliyev    Vahid   Şahhəsən   oğlu 

Müdir səlahiyyətlərini icra edir

 

1958  - ci  il  may   ayının  5 -də   Balakən  rayonunun   Qullar  kəndində    anadan    olub.      1975-ci   ildə   Nizami   adına    Balakən   şəhər   2  saylı   tam  orta  məktəbini   bitirib. 1975-ci ildə  Həsən  bəy  Zərdabi   adına  o  vaxtkı    Kirovabad   Dövlət   Pedaqoji   İnstitutunun   Fizika-riyaziyyat   fakultasinə   daxil  olub,  1979 -cu  ildə  bitirib  təyinatla   Balakən   RXMŞ-in   sərəncamına   göndərilib. Əmək  fəaliyyətinə      15   avqust   1979 -  cu  ildə   Balakən   rayonu   Poştbinə   kənd    səkkizillik   məktəbində   ixtisası  üzrə  riyaziyyat  müəllimi  kimi    başlayıb.

1 sentyabr   1986-cı  ildə  RXMŞ-nə  metodist  vəzifəsinə  təyin  olunub  və   1987-ci  ilin   fevral   ayında    məktəb    inspektoru    vəzifəsinə   keçirilib.

25  avqust  2015-ci ilin  Balakən   RTŞ-ın müdiri  səlahiyyətlərini   icra  edir. 

1997-ci  ildən  YAP  üzvüdür,  Azərbaycan  müəllimlərinin   2013-cü ilin  dekabr  ayında  keçirilmiş  XIV  qurultayının   nümayəndəsi  olub, 2006-cı ildə  uzun    müddət  dövlət  qulluğunda  fasiləsiz  və nöqsansız  işlədiyinə  görə  RİH–nin  Fəxri  fərmanı  və  qiymətli  hədiyyə  ilə  təltif edilib.

Ailəlidir, 3 övladı   var.