17.12.2019

Dekabrın 16-da Balakən rayon şöbəsinin fəaliyyətininə dair hesabat tədbiri keçirilib.

Dekabrın 16-da Balakən rayon şöbəsinin fəaliyyətininə dair hesabat tədbiri keçirilib. Hesabat tədbirində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Balakən Rayon Təhsil Şöbəsinin rəhbərlik və kollektivi , məktəb direktorları iştirak ediblər. Tədbirdə Balakən Rayon Təhsil Şöbəsinin müdirinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzəsi dinlənib. Məhəbbət Vəliyeva Balakəndə pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüşüb, Nizami adına 1 nömrəli şəhər tam orta məktəbdə yaradılmış şəraitlə tanış olub,dərs prosesini izləyib,müəllim və şagird kollektivi ilə söhbət aparıb.

Açar sözlər: ,