05.12.2019

“ Fövqəladə Hallar uşaqların gözü ilə” IX respublika uşaq yaradıcılıq müsabiqəsinin rayon mərhələsində qalib olan şagirdlərin  təltif etmə mərasimi keçirilib.

Balakən rayon  Təhsil Şöbəsində “ Fövqəladə Hallar uşaqların gözü ilə” IX respublika uşaq yaradıcılıq müsabiqəsinin rayon mərhələsində qalib olan şagirdlərin  təltif etmə mərasimi keçirilib.

I-XI sinif şagirdləri arasında 5 nominasiya üzrə keçirilən  müsabiqədə 120 ədəd işə baxış keçirilib, nəticədə 27 şagirdin işi Respublika müsabiqəsinə təqdim olunub.

 E. Əliqayev adına Qullar  kənd 2 saylı Tam orta məktəbin IX sinif şagirdi Hinayeva  Aygün İlkin qızı “Yumşaq oyuncaq “ nominasiyası  üzrə Respublika qalibi olub.