15.11.2019

Süleymanov Rəsul Mehman oğlunun qaydasız döyüş üzrə 15 yaşlılar arasında , Dünya Çempionatında I yerin qalibi olması münasibəti ilə mükafatlandırılma mərasimi keçirilib.

 Nizami adına şəhər 1 saylı tam orta məktəbi tərəfindən də 9-cu sinif şagirdi Süleymanov Rəsul Mehman oğlunun qaydasız döyüş üzrə 15 yaşlılar arasında , Dünya Çempionatında I yerin qalibi olması münasibəti ilə mükafatlandırılma mərasimi keçirilib. Məktəb rəhbərliyi , müəllim və şagird kollektivi ona təbriklərini çatdırıb.

Rayon Təhsil Şöbəsi adından  Süleymanov Rəsul Mehman oğluna  qalibiyyətə gedən yolda əmin addımlarla irəliləməyi arzu edir,uğurların  davamını diləyirik.