16.10.2019

“Narkomaniyaya yox deyək“ adlı  maarifləndirici tədbir keçirilib

 Müasir dövrdə cəmiyyətimizi narahat edən ciddi problemlər içərisində ən mürəkkəbi, narkomaniyadır. Bu istiqamətdə maarifləndirmə işi ölkəmizin bütün regionlarında aparılır.

   Balakən rayonu Qullar 2 saylı kənd tam orta məktəbdə “Narkomaniyaya yox deyək“ adlı  maarifləndirici tədbir keçirilib. Tədbirdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları , məktəb rəhbərliyi , müəllimlər və məktəblilər iştirak edib.

 Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların belə vərdişlərdən uzaq durmaları, savadlı, vətənpərvər olmaları, sağlamlıqlarını qorumaları barədə maarifləndirməkdən ibarət olub.

Maarifləndirici tədbirdə narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışılıb, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edilib.

Sonda məktəbliləri maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş olunub.


Açar sözlər: ,  ,