02.10.2019

Gələcəyimizi birlikdə düşünək, Narkomaniyaya yox deyək!

    27.09.2019-cu il tarixində Balakən rayon Humanitar və texniki təmayüllü liseydə Balakən Rayon Polis şöbəsi və Balakən Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda seminar keçirilib. Tədbirdə liseyin müəllim və şagird kollektivi, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları və Balakən Rayon Təhsil Şöbəsinin nümayəndələri iştirak edib. Aparacı tədbiri ümummilli liderimiz ulu öndər Heydər Əliyevin aşağıdakı sitatı ilə başyıb. “İnsan sağlamlığını qorumaq, onu fiziki əzablardan xilas etmək mühüm və xeyirxah işdir. Sonra aparıcı narkomaniyanın çox böyük problem olduğundan onun qeyri qanuni istifadəsinin dövriyyəsi haqqında çıxış edərək sözü liseyin psixoloqu İlhamə Qımrıyevaya verilib. Psixoloq İlhamə Qımrıyeva liseydə narkomaniya və zərərli vərdişlərlə bağlı görülmüş işlər haqqında tədbir iştirakçılarına məlumat verib. O öz çıxışında narkomaniyanın müasir dövrdə bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri olduğunu bildirib. O qeyd etdi ki, bir vaxtlar yer kürəsində əhali artımının qarşısını almaq üçün insanlıqla bir araya sığışmayan və ən qeyri humanist üsullar düşünüb tapan və bu üsulların tətbiqi üçün çeşidli metodlar kəşv edənlər indi qınaq hədəfinə çevrilərək lənətlənirlər. Məhs həmin üzdən iraq “Alimlərin xidmətlərinin nəticəsidir ki, bu gün adına ağ ölüm deyilən narkomaniya öz coğrafiyasını genişləndirmişdir”. O, qeyd etdi ki, zərərli vərdişlərin 2 növü vardır.

1.Fiziki təsir – (sayqılama, beyin və mərkəzi sinir sistemində şüursuzluq, zəka və yaddaş pozğunluğu.

2. Psixoloji təsir – psixoloji travma, əsəb, stresli aqressiv hallar.

    Psixoloq İlhamə Qımrıyeva liseydə narkomaniya ilə bağlı gördüyü işlərdən danışaraq qeyd etdi ki liseyin şagirdləri yeniyetməlik dövründə burada oxuduğunda onlarla daha çox psixoloji söhbət aparmaq lazım gəlir. Valideyn iclaslarında valideynlərə övladlarını bu barədə daim nəzarətdə saxlamaq tövsiyyə olunur. Şagirdlər tez-tez narkomaniya mövzusuna cəlb olunaraq inşa və rəsm müsabiqəsində iştirak edirlər.

    Daha sonra tədbirdə iştirak edən Balakən rayon Polis şöbəsinin rəis müavini polis polkovnik leytenantı Vüsal Rüstəmova söz verilib. O, geniş çıxışında narkomaniyanın insanları çox böyük fəlakətlərə düçar etdiyini, özünə və ətrafındakılara böyük zərər vurduğundan bəhs edib. O bildirib ki, zərərli vərdişlərlə mübarizə dövlət qarşısında duran ən mühüm məsələlərdən biridir. Bu işdə təkcə polisin deyil, həmdə rayon ziyalılarının, ümumilikdə hamının üzərinə böyük məsuliyyət düşür. Çünki zərərli vərdişlərə düçar olan insanlar insanlıq simasını tamamilə itirir. Vüsal müəllim işlədiyi müddətdə qarşılaşdığı faktlarla, misallarla narkomaniyanın zərərlərini şagirdlərin diqqətinə çatdırıb. Əlbəttə heç kəs bu cür insanlarla qohum və qonşu olmaq istəmir. Buna görə də maarifləndirmə işi aparılmalı, hamı bu bəlaya qarşı üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Vüsal müəllim eyni zamanda Polis Akademiyasına qəbul olub, polis sistemində işləməyin necə şərəfli peşə olduğunu şagirdlərimizin diqqətinə çatdırdı. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

     Tədbirdə Balakən rayon təhsil şöbəsinin metodisti, rayon Ağsaqqallar şurasının sədri Musayev Rəşid müəllim öz çıxışında statistik faktlara müraciət edərək bildirib ki, ən acınacaqlı hal budur ki, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir və bunların əksəriyyəti gənclər və yeniyetmələrdir. O bildirdi ki, narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli geniş maliyə vəsaiti tələb edən dinamik bir prosesdir. Son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli güclənmişdir. Belə ki, son vaxtlarda rayonumuzda polis əməkdaşları tərəfindən aparılan əməliyyatlar nəticəsində narkotiklərin əkilməsi və satılması ilə məşğul olan dəstələrin zərərsizləşdirılməsi təqdirə layiq haldır.

     IX sinif şagirdi Abdurahmanova Fatimə öz çıxışında qeyd etdi ki yeniyetmə və gənclərin narkomaniyaya aludə olmaması üçün birinci növbədə təhsilə üstünlük verilməlidir. Gənclər asudə vaxtlarını faydalı işlərə sərf etməlidirlər.

     Tədbirdə gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək mövzusunda video çarx nümayiş etdirilib.

    Tədbirin sonunda liseyin direktoru Şaban Abdullayev tədbirin qarşılıqlı maraq şəraitində keçdiyini dedi, qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

-----------

    Balakən rayon Z.Əliyeva adına şəhər 3 saylı tam orta məktəbində Balakən Rayon Polis şöbəsi və Balakən Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə "Narkomaniyaya yox deyək !" mövzusunda seminar keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları iştirak edib.