19.06.2019

“Xəyal Et” Qızlar üçün İKT Yay Məktəbi

15.06.2019-cu il tarixində Balakən rayonu ümümtəhsil məktəblərinin VI və VII sınıf qız şagirdləri arasında informatika fənni üzrə  müsabiqə keçirilib. Müsabiqədən uğurla keçmiş 10 nəfər qız  “Xəyal Et” Qızlar üçün İKT Yay Məktəbində iştirak etmək hüququ qazanıb.

“Xəyal Et” Qızlar üçün İKT Yay Məktəbi Azərbaycanın müxtəlif bölgələrindən 35 nəfər 13-14 yaşlı məktəbli qızların informasiya texnologiyaları sahəsində ilkin praktiki bilik və bacarıqlara yiyələnməsi üçün həyata keçirilir. Layihənin proqramı çərçivəsində peşə seçimini hələ də müəyyənləşdirməyən və yenilik axtarışında olan gənclər üçün təlimlər, ekskursiyalar, ixtisas seçimi ilə əlaqədar testlər və sorğular keçirilməsi nəzərdə tutulur. Yay məktəbi 18-28 iyun tarixləri arasında Bakı şəhərində təşkil ediləcək.

Layihənin əsas məqsədi qızların İKT sahəsinə marağını artırmaq və bu şəkildə onların gələcək karyera seçimi zamanı İKT və aidiyyəti sahələr üzrə ixtisaslara yiyələnməsinə nail olmaqdır.

Layihə UNESCO-nun maliyyə dəstəyi və Təhsil Nazirliyinin təşkiltçılığı ilə həyata keçirilir. Həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Sağlam Düşüncə Gənclət Təşkilatı layihənin tərəfdaşlarıdır.

Layihə müddətində şagirdlərə müxtəlif mərkəzlərdə - Azərkosmos ASC, “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzi, Code Academy, Robototexnika üzrə məşğələlər, Yüksək Texnologiyalar Parkı, ADA Universiteti, Azintelecom, Bakı Ali Neft Məktəbi, Elektron Hökümət Təlim Mərkəzi təlimlər keçiriləcək .

Layihənin bağlanış və mükafatlandırma mərasimi  28 iyun 2019-cu il tarixində ADA Universitetində keçiriləcək.


Açar sözlər: ,  ,