10.06.2019

"81 İLDƏ ŞANLI BAYRAĞIMIZ"

03.06.2019 tarixində Balakən rayonu Nəsimi adına şəhər 2 saylı tam orta məktəbinin qoşulduğu "81 İLDƏ ŞANLI BAYRAĞIMIZ" adlı eTwinning (Avropa ölkələrinin layihə əməkdaşlıq portalı) layihəsinin sərgisi təşkil olunub. Sərgidə Türkiyənin 20- dən çox şəhərindən və Sumqayıt şəhərindən göndərilmiş ,həmçinin məktəbin müəllim və şagirdləri tərəfindən hazırlanmış əl əməyi olan birlikdə 50- yə yaxın Azərbaycan-Türkiyə dostluğunu əks elətdirən bayraqlar sərgilənib. Bayraqlar hər şəhərin özünün milli mənəvi dəyərini əks elətdirən müxtəlif materiallardan hazırlanıb. Sərgidə Balakən RTŞ-ın müdiri və nümayəndələri , Tarix Elmləri Üzrə Fəlsəfə Doktoru-Akif Məmmədli , Balakən Veteranlar birliyinin Sədri və digər nümayəndələri, Gənclər birliyinin nümayəndələri və digər qonaqlar iştirak edərək , fikirlərini bildirdilər.Balakən RTŞ-ın müdiri Vahid Əliyev layihənin Balakən rayonu üzrə koordinatoru olan Nübar Qurbanovanın və məktəbin Direktoru Samirə Varansovanın təltif olunması barədə fərman verib. Layihənin sərgisinin təşkil olnunmasında rolu olan fəal müəllimlər, Qarayeva Nurlana, Qurbanova Pərvanə, Bodurova Ellada, Saramanova Bahar, Mahmudova Rəna, Qarayeva Könül, Səfərova Dinarə Türkiyədən göndərilmiş sertifikatlarla təltif olunublar. Layihədə iştirak edən fəal şagirdlər təşəkkürnamə ilə təltif olunub.


Açar sözlər: ,  ,  ,  ,  ,  ,