13.05.2019

“ Vətənin müdafiəsinə hazıram ” mövzusuna həsr edilmiş rəsm müsabiqəsi keçirib.

    Balakən Rayon Təhsil Şöbəsi ümumtəhsil məktəbləri şagirdləri arasında 28 May Respublika gününə həsr edilmiş “ Vətənin müdafiəsinə hazıram ” mövzusuna həsr edilmiş rəsm müsabiqəsi keçirib.

    Müsabiqədə Nizami adına şəhər 1 saylı tam orta məktəbin V sinif  şagirdi Səbinə Daşdəmirova I yer ,  Poştbinə 1 saylı kənd tam orta məktəbin  VIII sinif şagirdi  Həlimə Ömərova II yer ,  Katex zavod tam orta məktəbinin XI sinif şagirdi Albina Velixanova  III yerin qalibi olublar.

    Nizami adına şəhər 1 saylı tam orta məktəbin V sinif  şagirdi Murad Oynağanov və Maqomed Baydarov , Hənifə kənd tam orta məktəbin VI sinif şagirdi Alvina Koxayeva ,  Qazma 1 saylı kənd tam orta məktəbin şagirdi Şehriman Layıcov  həvəsləndirici yerə layiq görülüblər.

 


Açar sözlər: ,  ,  ,