12.04.2019

Ağdaban kəndində törədilmiş faciəyə həsr olunmuş "Bilik yarışı" keçirilib.

    12.04.2019-cu il tarixində Nizami adına şəhər 1 saylı tam orta məktəbində tarix müəllimi Əliyev Elvinin təşəbbüsü ilə VII siniflər arasında tarix fənnindən “Bilik yarışı” keçirilib. 
    “Bilik yarışı” 1992-ci il 8 aprel tarixində Kəlbəcər rayonunun işğalı zamanı Ağdaban kəndində törədilmiş faciəyə həsr olunub. 
    Əvvəlcə faciədə qətlə yetirilmiş 67 nəfərin xatirəsi 1dəqiqəlik sükutla yad edilib. Müəllim özü bu faciə barədə geniş məlumat verib.Sonra yarış başlayıb. 
    Yarışda VII a sinfinin “Ağdaban” komandası I yeri tutub.


Açar sözlər: ,  ,  ,